ABŞ-ın Ərəbistana silah satması etirazlara səbəb olub
https://azeri.sahartv.ir/news/dünya-i229588-abŞ_ın_Ərəbistana_silah_satması_etirazlara_səbəb_olub
Amerikalı aktivist Vaşinqtonun Ərəbistana silah satışını davam etdirməsini və bu silahlardan Yəməndə sivil əhalinin qırğın edilməsində istifadə olunmasını kəskin formada tənqid edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 14, 2016 14:46 Asia/Baku
  • ABŞ-ın Ərəbistana silah satması etirazlara səbəb olub
    ABŞ-ın Ərəbistana silah satması etirazlara səbəb olub

Amerikalı aktivist Vaşinqtonun Ərəbistana silah satışını davam etdirməsini və bu silahlardan Yəməndə sivil əhalinin qırğın edilməsində istifadə olunmasını kəskin formada tənqid edib.

PressTV-nin verdiyi məlumata görə, Kodpinq adlı hərəkatın üzvlərindən olan anti-müharibə fəalı Tiq Bari bazar günü bu kanala verdiyi müsahibədə deyib: Ərəbistan və müttəfiqlərinin Yəmənə olan hücumları davam edir. Belə bir şəraitdə Qərb dövlətləri xüsusi ilə də Amerika Ərəbistana silah satışının həcmini artırıblar.

Tiq Bari əlavə edib: Nobel Sülh Mükafatı laureatı olan ABŞ prezidenti Barak Obama Ərəbistana 60 milyard dollar dəyərində silah satıb və daha artıq silah satmaq niyyətindədir.

Bu anti-müharibə fəalı həmçinin BMT-nin Ərəbistanın Yəməndə törətdiyi cinayətlər qarşısındakı rəftarını tənqid edərək, deyib: Yəməndə uşaqları qırğın etməsinə görə Ərəbistanın adını uşaq qatilləri siyahısına daxil edən BMT daha sonra Ər-Riyaddan pul alaraq, bu ölkənin adını uşaq qatilləri siyahısından çıxartdı.

Tiq Bari daha sonra deyib: BMT-nin heç bir qüdrəti yoxdur. Və hətta Yəmən məsələsində ABŞ-ın tərəfini saxlayaraq, Ərəbistana heç bir təzyiq göstərmir. Ərəbistan da Yəmənin müdafiəsiz xalqına qarşı cinayətlərini davam etdirir.