Amerikalı yazar: Ərdoğan Putin təfəkkürlü Rusiyanı izləyir
-
Fərid Zəkəriyya
Amerikalı yazar bildirib:Ərdoğan islamçılıq ardınca deyil, Putin təfəkkürlü Rusiyanı izləyir.
CNN telekanalının məlumatına görə, Amerikada beynəlxalq əlaqələr sahəsində ziyalılardan Fərid Zəkəriyya CNN-in GPS həftəlik proqramında deyib: Türkiyədə uğursuz çevrilişdən təxminən 1 aydır keçir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu çevrilişdən sağlam xilas oldu, çevrilişçilərə ağır cavab verdi və fövqəladə vəziyyət elan etdi. ONdan sonra da elə addımlar atdı ki, onları yalnız geniş təmizləmə adlandırmaq olar.
Amerikalı yazar əlavə edib: Ərdoğanın tətbiq etdiyi planlaşdırılmış təmizləmənin həcmi çox təkanvericidir. Əlbəttə Ərdoğanın hərəkətlərinin bir hissəsi onun izlədiyi işin örnəyidir. Ərdoğan islahatçı şəxs olaraq iqtidara gəldi və baş nazir olduğu illərdə Ərdoğan və Ədalət və İnkişaf partiyası çoxlu islahatlar apardı. Bu ümidlə ki, Türkiyəni Avropa Biriyinə üzv edə bilsin. Lakin qərb yetkililərinin Türkiyənin heç vaxt qərb klubunun bir hissəsi olmayacağını elan etdikləri zaman Ərdoğanın islahat proqramı qurudu və bu islahat proqramları yerinə qüdrət qazanmaq üçün Ərdoğanın ciddi proqramlarının şahidi idik. Ərdoğan üçün dinin əhəmiyyəti yoxdur, əksinə qüdrət qazanmaq üçün dindən istifadədir. Bu proseslə Ərdoğan Türkiyənin gələcək seçkiləri və siyasi proseslərində elə bir cərəyanı izləyəcək ki, qüdrətin tamamilə prezidentin əllərində, yəni öz əlində cəmlənməsinə səbəb olsun.
Fərid Zəkəriyya deyib: Ötən həftə Ərdoğan Rusiyaya səfər etdi və Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinlə görüşdü. Bu səfər iki ölkənin gərginli əlaqələrini normallaşdırmaq üçün idi. Qərb rəsmilərinin çevrilişçilərlə mübarizə üçün Ərdoğanın hərəkətlərini tənqid etdikləri bir halda, Rusiya Ərdoğanın bu hərəkətlərini dəstəklədi. Dünyanın Ərdoğanın islamçılıq ardınca olmaq nigaranlığı olduğu bir halda, dünya Ərdoğanda çox fərqli olan başqa bir maraqdan nigaran olmalıdır. Və o, Putin təfəkkürünə doğru maraqdan ibarətdir.