Amerikalı ekspert: Bəhreyn xalqı Ali-Xəlifə rejimi ilə mübarizəni davam etdirməlidir
Amerikalı ekspert deyib: Bəhreyn xalqı Ali-Xəlifə diktatorluğu ilə mübarizəsini davam etdirməlidir, zira bu rejim heç bir legitimliyə malik deyil və xalqın tələblərinə boyun əyməyə hazır deyil.
Press TV-nin məlumatına görə, Bəhreyn Universitetinin sabiq müəllimi Kalin Kavel Amerikanın Qərbi Virciniya ştatının telekanalı ilə müsahibədə deyib: Bəhreyn xalqının Şeyx İsa Qasimin həbsinə qarşı etirazları davam etməkdədir.
Şeyx İsa Qasim Bəhreynin şərq məntəqələri əhalisinin rəhbəri sayılır və bütün Bəhreyndə tanınmış bir şəxsdir. O, Bəhreyn xalqından istəyirdi ki, Ali-Xəlifə hökumətinin qanunsuz hərəkətləri qarşısında dayansın və bu hərəkəti kobudluq olmadan həyata keçirsin. Amma Bəhreyn hökuməti Şeyx İsa Qasimın vətəndaşlığını ləğv edib. Bəhreyn hökumətinin bu hərəkəti bu ölkə xalqını kəskin reaksiyaları ilə üzləşib.
O, əlavə edib: Bəhreyn xalqı rejimə qarşı aksiyalarını və onun qarşısında dayanmağı davam etdirməlidir. Bu rejim heç bir vəchlə xalq əksəriyyətinin tələblərinə boyun əymək və imtiyaz vermək istəmir.
Bu rejim öz müxaliflərinin kökünü kəsmək əzmindədir. Nəticədə Bəhreyn xalqı üçün bu qanunsuz rejimlə mübarizədən başqa bir çarə qalmır. Bu rejimin heç bir legitimliyi yoxdur və müxaliflərilə rəftarda heç bir hərəkətdən çəkinmir.