İtaliyada hər il 150 min mühacir qəbul olunacaq
https://azeri.sahartv.ir/news/dünya-i230143-İtaliyada_hər_il_150_min_mühacir_qəbul_olunacaq
İtaliya dövləti bir layihə təqdim edibdir ki, ona əsasən, hər il 150 min mühacir qəbul ediləcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 18, 2016 13:55 Asia/Baku
  • İtaliyada hər il 150 min mühacir qəbul olunacaq
    İtaliyada hər il 150 min mühacir qəbul olunacaq

İtaliya dövləti bir layihə təqdim edibdir ki, ona əsasən, hər il 150 min mühacir qəbul ediləcək.

İtaliyanın Ray Nyus telekanalının məlumatına görə, bu ölkə dövlətinin ən yeni layihəsinə əsasən, İtaliya hər il 150 min mühacir qəbul edəcək. Bu layihənin reallaşmasından ötrü həmin şəxslər üçün minlərlə qəbul mərkəzi və digər münasib sistemlər nəzərdə tutulmalıdır. 

2016-cı ilin iyulunda dəniz vasitəsilə Liviyadan mühacirlərin geniş surətdə İtaliyaya daxil olmalarından sonra, eləcə də onların bu ölkənin Lombardiya vilayətindəki sərt şəraitinə görə, həmin şəxslər küçələr və stansiyalarda qalırlar.

Mühacir qəbulu üçün nəzərdə tutulmuş mərkəzlər himayə sistemlərinə malik olaraq, sonda onlardan 15-20 nəfərə yer verəcəkdir.

İtaliyanın cənub məntəqələri, o sıradan bu ölkənin Aralıq dənizindəki adaları mühacirlərin Avropaya daxil olmaları üzrə əsas məkanlardan sayılır.