Olimpiya oyunları başa çatdı; İran 25-ci oldu
31-ci Yay Olimpiya oyunları dünən gecə Braziliyada başa çatıb və İranın idman karvanı 25-ci yerdə durub.
Bu yarışlarda İranın idman karvanı bütövlükdə müxtəlif idman növlərində səkkiz medal qazana bilib.
Ağırlıq qaldırma və sərbəst güləşdə üç qızıl, yenə də sərbəst güləşdə bir gümüş, eləcə də yunan-roma və sərbəst güləş və taekvondoda dörd bürünc medal iranlı idmançıların 2016-cı il Rio Olimpiya oyunlarındakı nailiyyətləridir.
İran bu yarışlara 14 idman növü üzrə 9 qadın və 55 kişi daxil olmaqla 64 idmançı göndərmişdi.
31-ci Yay Olimpiya oyunlarında bütövlükdə 87 ölkə medal qazanmağa müvəffəq olmuşdu ki, onların arasında Amerika 555 idmançı ilə ən böyük idman karvanına malik olaraq, 121 medal qazanıb və yarışların çempionu olubdur.
Həmçinin İngiltərə 31-ci Yay Olimpiya oyunlarının ikinci pilləsində durdu.
31-ci Yay Olimpiya oyunlarında 206 ölkədən 10 min 444 idmançı müxtəlif idman növlərində bir-birilə rəqabət aparıb.