Hillari Klintonun 15 000 elektron məktubu yayımlana bilər
ABŞ Dövlət Departamentinin sözçüsü oktyabr ayında, prezident seçkilərinə təqribən 2 həftə qalmış Hillari Klintonun 15000 elektron məktubunun yayımlanması ehtimalından xəbər verib.
APTN bu barədə bildirir: ABŞ Dövlət Departamenti bazar ertəsi günü bildirib ki, Federal Təhqiqat Bürosunun Hillari Klintonun dövlət katibi olduğu dövrdə həssas məlumatların şəxsi elektron məktublarından istifadə edərək ötürülməsində yol verdiyi səhlənkarlıqlarla bağlı apardığı araşdırmalarda dəlil olaraq istifadə olunan 15000 elektron məktubu araşdırmaqla məşğuldur.
ABŞ Dövlət Departamentinin sözçüsü Mark Tuner bu barədə deyib: Dövlət Departamenti həmçinin, ifşa edilən 14900 sənədi araşdırmaqla məşğuldur və bu sənədlərin oktyabrın ortalarına kimi yayımlanacağı ehtimal olunur.
ABŞ Dövlət Departamentinin vəkilləri bazar ertəsi günü Federal Məhkəməyə çıxaraq, məhkəmə hakiminə bildiriblər ki, elektron məktubların araşdırılması prosesinin başa çatması ilə, onların bir hissəsinin oktyabr ayının ortalarına kimi yayımlanması ehtimal olunur. Amerikada prezident seçkilərinə qalan az zaman ərzində belə bir məsələnin gündəmə gəlməsi bir sıra nigaranlıqlara səbəb olub.
ABŞ-ın Federal Məhkəməsinin hakimi bazar ertəsi günü Dövlət Departamentindən istəyib ki, Federal Təhqiqat Bürosunun Hillari Klintonun məxfi məlumatların ötürülməsində şəxsi elektron poçtundan istifadə etməsi məsələsini araşdırması zamanı üzə çıxan elektron məktubları yayımlasın.
Deyilənlərə görə, "Boasberg" adı ilə məşhurlaşan bu 14900 elektron məktub Hillari Klintonun dövlət katibi olduğu zaman məxfi məlumatların ötürülməsi üçün istifadə etdiyi şəxsi elektron poçtundan göndərilib.