Ermənistanda rus hərbçi azadlıqdan məhrum edilib
https://azeri.sahartv.ir/news/dünya-i231022-ermənistanda_rus_hərbçi_azadlıqdan_məhrum_edilib
Bir rus hərbçi Ermənistanda bir ailənin 7 nəfərlik üzvünü qətlə yetirmək ittihamı ilə məhkum olunub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 24, 2016 06:52 Asia/Baku
  • 
Ermənistanda rus hərbçi azadlıqdan məhrum edilib
    Ermənistanda rus hərbçi azadlıqdan məhrum edilib

Bir rus hərbçi Ermənistanda bir ailənin 7 nəfərlik üzvünü qətlə yetirmək ittihamı ilə məhkum olunub.

Fransa İnformasiya Agentliyinin məlumatına görə, Ermənistan çərşənbə axşamı günü bir rus hərbçini 7 nəfərlik ailə üzvlərini qətlə yetirmək ittihamı ilə ömürlük azadlıqdan məhrum edib. 

Rus hərbçi Valeri Permyakov 2015-ci ildə Gümrü rayonunda ər-arvadı, iki övladını, gəlini və iki nəvəni qətlə yetirmək ittihamı ilə cinayətkar hesab olunub. 

Bu rus əsgərin 6 nəfəri, o cümlədən iki yaşlı uşağa atəş açaraq və 6 aylıq nəvəni bıçaqla qətlə yetirməsindən sonra, yerli əhali küçələrə axışaraq ədalətin icra olunmasını tələb edib. 

Bir neçə psixoloji sınaqdan keçmiş Permyakov qəsdən adamöldürmə cinayətkarı hesab olunub və öz cinayətini etiraf edib. Lakin bu cinayətin səbəbləri hələ də bəlli deyil.