İtaliyada zəlzələdən sonra fövqəladə vəziyyət - yenilənib
-
İtaliyada zəlzələdən sonra fövqəladə vəziyyət
6,4 bal gücüncə zəlzələ nəticəsində indiyə qədər 73 nəfər həlak olub, tələfatın 100-1000 arasında olması ehtimalı verilir.
İtaliya baş naziri Mateo Rentsi milli fövqəladə vəziyyət elan edib.
Xilasedici qruplar uçqunlar arasında cəsədləri və ya sağ qalmış insanları xilas etməkdədirlər.
Məlumata görə, İtaliya baş nazirinin göstərişi ilə xilasedici əməliyyata kömək etmək üçün ağır təchizatlar bölgəyə ezam olunub.
Amerikanın Seysmologiya İnstitutu da bildirib ki, zəlzələnin təsirləri bir neçə gün və ya bir neçə həftə davam edəcək. Bu günün ilk saatlarında İtaliyanın mərkəzi hissəsində 6,2 bal gücündə zəlzələ baş verib. Amatriçe şəhəri meri şəhərin viran olduğunu və sakinlərin uçqun altında qaldığını bildirib.
Zəlzələ yerli vaxtla gecə saat 3 radələrində baş verib.
Amtriçe şəhərinin meri bildirib ki, bu şəhərin yarısı məhv olub və insanlar uçqun altındadır.