İran İtaliyada baş verən zəlzələ ilə bağlı bu ölkənin kədəri ilə bölüşüb
https://azeri.sahartv.ir/news/dünya-i231175-İran_İtaliyada_baş_verən_zəlzələ_ilə_bağlı_bu_ölkənin_kədəri_ilə_bölüşüb
İran Xarici İşlər Nazirliyinin sözçüsü İtaliyada baş verən zəlzələdə bu ölkə vətəndaşlarından bir qrupunun həlak olması münasibətilə bu ölkəyə başsağlığı verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 25, 2016 05:00 Asia/Baku
  • İran İtaliyada baş verən zəlzələ ilə bağlı bu ölkənin kədəri ilə bölüşüb
    İran İtaliyada baş verən zəlzələ ilə bağlı bu ölkənin kədəri ilə bölüşüb

İran Xarici İşlər Nazirliyinin sözçüsü İtaliyada baş verən zəlzələdə bu ölkə vətəndaşlarından bir qrupunun həlak olması münasibətilə bu ölkəyə başsağlığı verib.

İran Xarici İşlər Nazirliyinin Media Diplomatiyası Baş İdarəsinin məlumatına görə, Bəhram Qasemi İtaliyanın mərkəzi məntəqələrində zəlzələnin baş verməsi ilə bağlı təəssüf ifadə edərək, bu ölkə vətəndaşlarından bir qrupunun həlak olması və yaralanması münasibətilə İtaliya dövlətinə və həlak olanların ailələrinə başsağlı verib.

Qasemi İranın xalqı və dövlətinin İtaliyanın xalqı və dövlətinin kədərinə şərik olduğunu bildirərək, bu hadisədə bədən xəsarəti alanlar üçün şəfa və sağlamlıq arzu edib.

Çərşənbə gününün ilk saatlarında rixter cədvəli ilə 6,2 bal  gücündə zəlzələ və ondan sonra bir neçə yeraltı təkan İtaliyanın mərkəzi məntəqələrini titrədibdir.

İndiyədək zəlzələnin baş verdiyi məntəqələrdə 120 nəfərin həlak olması təsdiqlənib, amma İtaliya rəsmiləri xəbərdarlıq edirlər ki, naməlum sayda insan uçqunlar altında qalıb və bu hadisə qurbanlarının sayı arta bilər.