Avq 29, 2016 11:38 Asia/Baku
  • Liviyada anti-terror əməliyyatı / Ölü sayı yüzlərlədir
    Liviyada anti-terror əməliyyatı / Ölü sayı yüzlərlədir

Liviyanın tibb qaynaqları Sirt şəhərinin azad edilməsi əməliyyatı çərçivəsində yüzlərlə nəfərin ölməsindən xəbər verib.

Rusiya Əlyəum informasiya kanalı bu barədə verdiyi məlumatda bildirir ki, Liviyanın Milli Birlik Hökumətinin  Misratənin mərkəzi xəstəxanasındakı nümayəndəsi Sirt şəhərinin terrorçulardan azad edilməsi əməliyyatında 442 nəfərin ölməsi və 2100 nəfərin  yaralanmasından xəbər verib. 

Liviyanın milli birlik dövləti cari ilin may ayından Aralıq dənizi sahillərində yerləşən Sirt şəhərinin İŞİD terrorçularından azad edlməsi əməliyyatına başlayıb və ötən günlər ərzində şəhərin bir neçə istiqamətindən irəliləməyə başlayıb. 

Sirt Liviyada İŞİD-in əsas bazası sayılır. 

Teqlər