Ötən 24 saat ərzində Amerikada silahlı insidentlərdə onlarla nəfər ölüb və yaralanıb
-
Amerikada silahlı insident
Amerikada silahlı insidentlərlə bağlı statistika mərkəzi ötən sutka ərzində baş verən silahlı insidentlər zamanı onlarla nəfərin ölməsi və yaralanmasından xəbər verib.
İRİB-nin verdiyi məlumata görə, Amerikada silahlı insidentlərlə bağlı statistika mərkəzi bir hesabat yayaraq, ötən gün ərzində müxtəlif ştatlarda baş vermiş 95 silahlı insident nəticəsində 35 nəfər ölüb, 72 nəfər isə yaralanıb.
Bu silahlı insidentlər Texas, Misisipi, Florida, Şimali Karolina və Tensi ştatlarında baş verib.
Silahlı insidentlərlə bağlı statistika mərkəzi bir müddət öncə bir hesabat yayaraq, cari 2016-cı ilin ilk 6 ayında 24532 silahlı insidentin baş verdiyini və bu silahlı insidentlərdə 6303 nəfərin öldüyü və 12952 nəfərin yaralandığını bildirib.
ABŞ hökuməti ötən 2 ildə silah satışı və silah daşınması üzrə qanuna düzəliş etməyə çalışsa da böyük silah kartelləri ABŞ Konqresindəki nüfuzlarından istifadə edərək, silah daşınması üzrə məhdudiyyətin tətbiq edilməsinə mane olublar.