Avq 30, 2016 12:22 Asia/Baku
  • ABŞ-da silahlı insidentlər
    ABŞ-da silahlı insidentlər

ABŞ-ın Statistika Mərkəzi müxtəlif ştatlarda baş verən silahlı insidentlər nəticəsində 17 nəfərin həlak olduğunu bildirib.

İRİB-in məlumatına görə, Amerikanın Statistika Mərkəzi bu gün bildirib: Müxtəli ştatlarda ötən sutka ərzində qeydə alınan 72 silahlı insidentdə azı 17 nəfər həlak olub, 57 nəfər də yaralanıb. 

Silahlı insidentlər Tennesi ştatı, Filadelfiya şəhəri, Texas və Nyu-Cersi ştatında qeydə alınıb. 

Amerikada silah sərbəstliyinə qarşı olan fəallar bir neçə gün öncə keçirilən irimiqyaslı etiraz aksiyasında silah əldə etmək barədə sərt qaydaların tətbiq olunmasını tələb etmişdilər. 

Amerikada silah əldə etmək çətin iş deyil. Belə ki, ABŞ prezidenti Barak Obama etiraf edib ki, bu ölkənin bəzi yerlərində amerikalı yeniyetmələrin silah əldə etməsi internetdən kitab almaqdan daha asandır. 

Teqlər