Avropa Komissiyası rəsmisi: Vergidən qaçmaq fikrində olanlar Avropaya gəlməməlidirlər
Avropa Komissiyasında ticarət rəqabəti işləri üzrə məsul şəxs vurğulayıb ki, Apple şirkəti qeyri-bərabər və ədalətsiz imtiyazlara malik olub.
CNN telekanalının məlumatına görə, Marqaret Vestager Amerikanın Apple kompüter şirkəti barədə çıxarılmış hökmdən narahat olması haqda bu telekanal ilə müsahibədə deyib: Biz emosiya üzündən hərəkət etməmişik; biz reallıqlar əsasında hərəkət etmişik. Əslində bizim qanunlarımıza əsasən, heç bir şirkət azad və ədalətli rəqabətə zidd olan xas və qeyri-bərabər imtiyazlara malik olmamalıdır və Apple barəsində belə bir əhvalat baş veribdir. Apple-ə qanunsuz dövlət yardımları edilmişdi. Belə bir addım öz vergilərini ödəyən, həmçinin xidmətlər və malların keyfiyyəti, eləcə də öz ləyaqəti əsasında rəqabət aparan bütün digər şirkətlərin haqqında insafsızlıqdır. Onlar görəndə ki, bir şirkət ödəməli olduğu verginin təkcə cüzi bir hissəsini ödəyir, narahat olurlar. Bu halda ödənilmiş vergi, təqribən 0,005 faiz olubdur.