Avq 31, 2016 12:48 Asia/Baku
  • Avropa Komissiyasının Apple-dən tələbi
    Avropa Komissiyasının Apple-dən tələbi

Avropa Komissiyası bildirib ki, Amerikanın Apple şirkəti vergiləri ödəməmək səbəbindən 13 milyard avro cərimə ödəməlidir.

Qardiyan-ın məlumatına görə, Avropa Komissiyası Apple ilə İrlandiya arsında əldə olunmuş razılaşmaların qanunsuz ölkə yardımları saylması qənaətinə gəldikdən sonra bildirib ki, Apple şirkəti bu ölkəyə 13 milyard avro, yəni 14 milyard 600 milyon dollar cərimə ödəməlidir.

Avropa Komissiyası bildirib: 1991-ci ildən 2015-ci ilədək Apple ilə İrlandiya arsında əldə olunmuş razılaşmalar bu şirkətə icazə veribdir ki, öz bazarının satışının böyük bir hissəsini əslində mövcud olmayan bir "mərkəzi ofis"lə əlaqələndirsin.

Bu razılaşmaların nəticəsi bais olubdur ki, Apple Avropada öz bazarının satışının böyük bir hissəsini İrlandiyaya aid etməklə məhsullarının vergilərini ödəməkdən azad olsun.

Avropa Komissiyası daha sonra bildirib ki, Apple şirkəti məhsullarının satışından əldə olunan mənfəətin vergi miqdarı bu şirkətin iqtisadi reallığı ilə təzaddadır.

Teqlər