Rusiya Suriyada əməliyyatları Amerika ilə koordinasiya edir
-
Rusiya Suriyada əməliyyatları Amerika ilə koordinasiya edir
İzvestiya qəzeti Rusiyanın Suriya daxilində Hələb istisna olmaqla bəzi hədəflərə qarşı hərbi əməliyyatları Amerika ilə koordinasiya etməyə hazırlaşdığını bildirib
Əl-Məyadin televiziyasının verdiyi məlumata görə, İzvestisiya qəzeti bildirib ki, Moskva Hələbə qarşı əməliyyatları Amerika ilə koordinasiya edə bilmir ona görə ki, bu bölgədə Suriyanın hava qüvvələri də əməliyyatlar həyata keçirir və hər hansı digər əməliyyat Suriya dövləti ilə bir başa koordinasiya edilməlidir.
İzvestisiyaya görə, rəsmi Moskva ötən həftə Cenevrədə Suriya barədə keçirilən müzakirələrdə bu barədə öz mövqeyini Vaşinqtona elan edib. Rusiya ekspertlərinə görə, Rusiya və ABŞ nəhayət əməkdaşlıq üçün qəbul olunası çərçivəyə nail olacaqlar və Moskva Suriya və Amerika rəsmiləri arasında vasitəçilik edə bilər.