Amerikalılar silahlanırlar
-
Amerikalılar silahlanırlar
İngiltərədə çıxan bir qəzet Amerikada əhalinin silaha olan marağının artmasından xəbər verib.
Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, Deyli Mil qəzeti yazır: Pyo müəssisəsi tərəfindən aparılan araşdırmalara görə, Amerikalıların 44%-i silaha malikdir. Və ötən 2 ildə amerikalıların silaha yiyələnməsi prosesi son dərəcə sürətlənib.
Pyo müəssisəsi tərəfindən hazırlanmış ən son hesabata görə, amerikalılar arasında silah sahibi olmağa maraq artmaqdadır. Halbuki, daha öncə statistik məlumatlar Amerikada insanların silaha yiyələnməsi prosesində azalmanın olduğunu bildirirdilər.
Bu hesabata görə, silah sahibi olmaq üçün Federal Təhlükəsizlik Bürosuna edilən müraciətlərin sayı 2016-cı ildə misilsiz həddə çox olub.
Pyo müəssisəsinin hesabatına görə, respublikaçılar və demokratlar silah alıcılarının keçmişi ilə bağlı araşdırmaların aparılmasını himayə edirlər.
Bu araşdırmalara görə, respublikaçıların prezidentliyə namizədi Hillari Klintonun tərəfdarlarının 90%-i habelə, respublikaçıların namizədi Donald Trampın tərəfdarlarının 75%-i silah alıcılarının keçmişi ilə bağlı dəqiq araşdırmaların aparılmasını istəyirlər.