Amerikada hakimiyyət böyük şirkətlərin nüfuzu altındadır
Cozef Stiqlitz Amerikada hakimiyyətin böyük şirkətlərin nüfuzu altında olduğunu deyib.
CNN telekanalının verdiyi məlumata görə, Nobel iqtisadiyyat mükafatı laureatı Cozef Stiqlitz bu telekanala verdiyi müsahibədə "Apple" şirkətinin vergilərdən yayınması və Avropa-Amerika iqtisadi əlaqələrinin perspektivi barədə deyib: Apple şirkətinin müdiri Tim Kok sadəcə öz mənafeyini fikirləşir və dünyanın heç bir yerində vergiləri ədalətli şəkildə ödəmək istəmir. Apple şirkəti bütün dünyada vergilərdən yayınmağa çalışır. Əlbəttə, Apple şirkətinin bu hərəkəti vergilərdən yayınma sayılmır. Çünki, Apple şirkəti qanunlara tabedir. Amma, Apple böyük güc və nüfuz sahibi olduğu üçün qanunları öz xeyrinə dəyişir. Apple bütün dünyada yenliklərdən, qanun hakimiyyətindən, infrastrukturlardan, təhsildən və digər sahələrdən faydalanır. Xüsusi ilə də Amerikada. Amma, buna baxmayaraq ədalətli şəkildə vergi ödəmək istəmir.
C.Stiqlitz əlavə edib: ABŞ hökumətinin amerikalı şirkətlərlə bu rəftarın ədalətsiz olduğunu deməsi düzgün olmazdı. Bu, Amerikalı şirkətləri dövlət və hakimiyyətdəki nüfuzuna bir başqa nümunə sayılır. ABŞ xalqının ölkədəki hakim quruluşdan qəzəbli olmasının səbəbi də budur. Onlar aşkar formada görürlər ki, dövlət və hakimiyyət artıq əxlaqı və doğru siyasətləri himayə etmir. Sadəcə faydalanan tərəfləri himayə edir.