Sen 01, 2016 12:33 Asia/Baku
  • Dilma Rousseff
    Dilma Rousseff

Braziliya Senatı çərşənbə günü bu ölkə prezidenti Dilma Rousseffi impiçment edərək, İşçi Partiyasının 14 illik hakimiyyətini sonlandırmış oldu. Senatın iclasında 61 senator prezidentin impiçment edilməsinin lehinə, 20 senator isə əleyhinə səs verib.

Dilma Rousseff bir neçə aydır ki, korrupsiyada ittiham edildiyi üçün müvəqqəti olaraq səlahiyyətlərindən məhrum edilmişdi. O, bazar ertəsi günü Senatda çıxış edərək, özünü müdafiə edib. 

Dilma Rousseff 2011-ci ildən bəri Brazilsiyanın prezidenti olub. O, senatorların hərəkətini "konstitusiya örtüyü altında dövlət çevrilişi" adlandırıb. 

Digər tərəfdən, Venesuelanın Dilma Rousseffin prezidentlikdən kənarlaşdırılmasına kəskin reaksiya verməsinə qarşılıq olaraq Braziliya öz səfirini bu ölkədən geri çağırıb. 

Venesuela bundan öncə Dilma Rousseffin impiçment edilməsinə etiraz olaraq öz səfirini Braziliyadan geri çağırmışdı. 

Braziliya Ekvador və Boliviyadakı səfirlərini də bu ölkələrin Dilma Rousseffin impiçment edilməsini tənqid etmələrinin ardınca geri çağırıb. 

Teqlər