Tramp iyuldan bəri ilk dəfə Klintonu önləyib
Amerika prezident seçkilərinə Respublikaçılar partiyasından namizəd olan Donald Tramp Demokraik partiyadan olan rəqibi Hillari Klintonu bir faiz qabaqlayıbdır. Bunu Röyters agentliyinin və İpsos təqdiqat şirkətinin apardığı rəy sorğusunun nəticələri göstərir.
Ria Novosti-nin məlumatına görə, Avqustun 26-dan sentyabrın 1-dək aparılmış araşdırmalara əsasən, potensial seçicilərin 40%-i, Trampın, 39%-i isə Klinntonun lehinə səs verib. Bu zaman respondentlərin 20%-i hər iki namizədin əleyhinə çıxıb.
Müqayisə üçün, avqust ayında Klinton Trampı rekord 12% arxada qoymuşdu.
Seçicilərə prezidentliyə namizəd olan dörd nəfərdən birini seçmək təklifi verilərkən respublikaçılar və demokratik partiyaların tərəfdarlarının sayı bərabər olaraq, 39% olmuşdu.
Respublikaçı seçicilər arasında respondentlərin Trampın lehinə olan səslərinin sayı 78% olub.
Röyters qeyd edir ki, Tramp bu günədək təkcə iki dəfə- may və iyul aylarında Klintonu qabaqlayıbdır.
Rəy sorğusu internet vasitəsilə ABŞ-ın 50 ştatında keçirilib və onda 1804 respondent iştirak edibdir.