London aeroportunda uçuşlar ləğv edilib
İngiltərənin paytaxtı Londonun hava limanında rasizmə qarşı etirazlar bütün uçuşları ləğv edib.
Skay-Nyus telekanalının məlumatına görə, bir qrup etirazçı bu gün İngiltərənin paytaxtı Londonun hava limanında uçuş zolağını işğal edərək, uçuşların giriş və çıxışlarını əngəlləyibdir.
Etirazçıların bu hərəkətlərinin ardınca bu hava limanında yerə enməli olan təyyarələr Qatoyk və Satend aeroportlarına istiqamətləndiriliblər.
Etirazçılar London hava limanının uçuş zolağında qalmaqda davam edirlər və "Qaradərililərin həyatı önəmlidir" hərəkatı bu pozuntunun məsuliyyətini üzərinə götürüb.
"Qaradərililərin həyatı önəmlidir" adlı qrup 2012-ci ildə və 17 yaşlı qaradərili- Trayvon Martinin öldürülməsinin ardınca İngiltərədə qaradərillilərin hüquqlarını müdafiə məqsədilə təşkil olundu.