Sen 07, 2016 14:00 Asia/Baku
  • İbrahim Kalın
    İbrahim Kalın

İbrahim Kalın: Ankara Avropa Birliyi tərəfindən Türkiyə vətəndaşlrı üçün vizanın ləğv edilməsindəki təxiri heç bir vəchlə qəbul etmir.

İSNA xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın deyib: Türkiyə vətəndaşlarının Avropa Birliyinə vizasız səfər edə bilmələri üçün viza rejiminin ləğv edilməsi prosesində mövcud olan məsələlər tezliklə həll ediləcək və bunu nəzərə alaraq, bu məsələnin gerçəkləşməsində Avropa Birliyinin təxirə yol verməsi qəbul ediləsi deyil.

Türkiyənin Avropa Birliyi işləri naziri Ömər Çəlik də dünən deyib: Türkiyə vətəndaşları üçün vizanın ləğv edilməsi prosesinin tez bir zamanda öz həllini tapmadığı təqdirdə Ankara bu birliyə mühacirətlə bağlı müqavilə barədə yeni tədbirlərə əl atacaq.

Ö.Çəlik həmçinin, Avropa Birliyindən istəyib ki, mühacir anlaşması çərçivəsində Türkiyəyə ödəməli olduğu 3 milyard avronun 1 milyardını tez bir zamanda ödəsin.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da avqust ayında bildirmişdi ki, Türkiyə vətəndaşları üçün vizanın ləğv edilməsi anlaşması icra edilməzsə, mühacirət anlaşması pozulmuş olacaq.

Halbuki, bu məsələ martın 18-də Türkiyə və Avropa Birliyi arasında imzalanmış mühacirət anlaşmasının bəndlərindən biridir.

Teqlər