Sen 07, 2016 19:48 Asia/Baku
  • Hillari Klinton
    Hillari Klinton

Fox Nyus informasiya kanalının verdiyi məlumata görə, Hillari Klintonun səhhətində yaranan problemlərin insanlar arasında onun prezidentliyi ilə bağlı nigaranlıqlara səbəb olub.

Fox Nyus informasiya kanalı Hillari Klintonun o qədər də ürək açan olmayan səhhəti ilə bağlı nisbətən ətraflı reportaj hazırlayaraq, onun müxtəlif xəstəliklərlə bağlı keçmişinə işarə edib. Hillari Klintonun huşunu itirməsi, yerə yıxılması, başının travma alması, qısa müddətli yaddaşt pozğunluğu, görmə qabiliyyətində müvəqqəti problemlərin yaranması, mədə virusuna yoluxması və xroniki öskürəkdən əziyyət çəkməsi bu reportajda öz əksini tapıb.

Fox Nyus kanalının müxbiri öz reportajında deyir: Fox Nyus tərəfindən aparılan rəy sorğusuna görə, Klintonun səhhəti ilə bağlı problemlərinin hətta ictimailəşdirilməsindən öncə belə, amerikalıların 24%-i onun prezident olmaq üçün kifayət qədər sağlam olmadığı qənaətində imiş. Halbuki, elə bu rəy sorğusunda prezidentliyə respublikaçı namizəd Donald Trampın səhhəti ilə bağlı nigaranlıqlar sadəcə 12% təşkil edib. Bu rəy sorğusu 28-30 avqust tarixində 1011 respondentin iştirakıilə keçirilib.

Teqlər