Almaniya Yaxın Şərq və Ukrayna böhranı barədə xəbərdarlıq edib
Almaniya xarici işlər naziri bildirib: Yaxın Şərq və digər bölgələrdəki böhran qərbə də çatacaq.
Almaniya xarici işlər naziri Frank Valter Ştaynmayer Piner Alqmaniya qəzeti ilə müsahibədə bir daha terrorizm təhlükəsinin əhəmiyyətini qeyd edib və deyib: Ukrayna və Yaxın Şərqdəki böyük böhranlar artıq bizdən uzaqda deyillər və bu böhranların nəticələri miqrantlar və təhlükəsizlik problemləri kimi yollarla qərbə yönəlib.
Ştaynmayer həmçinin deyib: Dünyada çoxlu böhranlar insanları qorxudur və ən önəmlisi dəhşətli və qorxulu kadrlardır. Bu kadrlar Suriyadan yayımlanır və onun barəsində danışmaq olmaz.
Almaniya xarici işlər naziri bildirib: Bu şərait qarşısında addım təkcə siyasi məsuliyyət deyil, həm də əxlaqi məsuliyyətdir ki, minlərlə günahsız insanın ölümünün qarşısını alsın.