Sen 29, 2016 12:14 Asia/Baku
  • Almaniya müsəlmanlar icması məscidlərə qarşı hücumların artmasından nigarançılıq edib
    Almaniya müsəlmanlar icması məscidlərə qarşı hücumların artmasından nigarançılıq edib

Almaniya məscidlərinə qarşı son hücumlar bu ölkə müsəlmanlarının nigarançılığına səbəb olub.

Anadolu xəbər agentliyinin məlumatına görə, Almaniyada yaşayn müsəlmanların müxtəlif təşkilatları bazar ertəsi günü Drezden şəhərindəki bir məscidə qarşı hücumdan sonra bu ölkə başçılarından təhlükəsizlik tədbirlərini gücləndirmələrini istədilər.

Bu məlumata görə, Almaniya İslam Şurasının sədri Əli Kızıl Kaya son aylarda islami müəssisə və orqanlara qarşı hücumların artmasından xəbər verib və bu durumu son dərəcə nigaranedici adlandırıb.

Almaniyada yaşayan türklər icması tərəfindən idarə olunan bu ölkənin şərqindəki Drezden şəhərində yerləşən bir məscid bazar ertəsi günü gecə əldəqayırma partladıcı silahla hücuma məruz qaldı.

Cari həftənin bazar günü də Almaniyanın cənubunda yerləşən Şubi Gemond şəhərində yerləşən başqa bir məscidə də hücum edilib və onun divarlarına təhqiramiz cümlələr yazılıbdır.

Elə həmin gün Almaniyanın mərkəzində yerləşən Bira şəhərində bu ölkədə yaşayan müsəlman türklər icmasına aid olan digər məscid əleyhinə Molotov kokteyli ilə hücum edilib.

Almaniya 81 milyon nəfərlik əhali ilə Qərbi Avropada müsəlmanları qəbul edən ikinci ölkədir.

Teqlər