Okt 05, 2016 19:15 Asia/Baku
  • 41 ölkədə Hüseyn (ə) südəmərləri konfransı
    41 ölkədə Hüseyn (ə) südəmərləri konfransı

Bu il dünyanın 41 ölkəsində Ümumdünya Hüseyn Südəmərləri Konfransı keçiriləcək və bu konfranslarda on milyondan çox şəxs iştrak edəcək.

Ümumdünya Əli Əsğər (ə) Assambleyası 2003-cü ildən bütün dünyada Həzrət Əli Əsğər mehvəri ilə fəryad etmək məqsədilə Məhərrəm ayının ilk cüməsində Əba Əbdillahın bayrağını dalğalandırmaq və Kərbəlanın 6 aylıq körpəsinin həqiqətini əks etdirən mərasimi təşkil etməyi nəzərdə tutub. Çünki bu assambleyanın katibinin sözlərinə görə, bu hərəkət zülmə qarşı bir hərəkətdir. Çünki Əba Əbdillahın hərəkəti də zülmə qarşı bir hərəkət olmuşdur və bəşəriyyət aləminin xilaskarının zühuruna hazırlıq və İmam Hüseynin məzlumluq müraciəti ilə inqilabın müraciətini bütün dünyaya çatdırmaq bu assambleyanın məqsədlərindəndir.

Bu konfrans 2003-cü ildə Tehranın Məhdiyyəsində başlandı və 3 il sonra 213 şəhərə çatdı.

Ümumdünya Həzrət Əli Əsğər (ə) Assambleyasının katibi Davud Mənafipur Hüseyn Südəmərləri konfransı ilə əlaqədar mətbuat konfransında deyib: Hüseyn (ə) Südəmərləri Konfransı hər il Məhərrəm ayının ilk cüməsində qadınlar və südəmərlərin iştirakı ilə keçirilir. Bu il 14-cü il olaraq Məhərrəm ayının ilk cüməsində dünyanın 41 ölkəsində 4 mindən çox məkanda yerli vaxtla saat 9-da başlayacaq.

Assambleyanın katibinin sözlərinə görə, bu konfrans Amerikanın 14 ştatında da keçiriləcək.

Həmçinin bu konfranslar İranda 3 min məkanda, İraqda 100 məkanda, Türkiyədə 35 məkanda, Bəhreyndə 15 məkanda, Qətərdə 10 məkanda, Omanda 12 məkanda, Ərəbistanda 25 məkanda, Əfqanıstanda 35 məkanda, Hindistan və Kəşmirdə 100 məkanda keçiriləcək.

Mənafipur deyib: Ölkənin 32 vilayətində 70-dən çox paltartikmə sexi 3 min könüllü qadının əməkdaşlığı ilə bu böyük konfranslar üçün paltarlar tikmişlər və 5 dilə, ərəbcə, ingiliscə, urdu və Türkiyə türkçəsində keçirilən konfranslara bağışlanır.

Bu mərasimdə analar öz südəmərlərini bəşəriyyət aləminin xilaskarına nəzir edirlər. Bu mərasimin dönüş nöqtəsi nəzirnamənin oxunması və öz övladlarını İmam Zamana kömək üçün nəzir etməkdir.

Teqlər