Tank və raket atan silahlar formasında çarpayılar
https://azeri.sahartv.ir/news/dünya-i238370-tank_və_raket_atan_silahlar_formasında_çarpayılar
Rusiyada bir şirkət tank və raket atan silahlar formasında uşaq çarpayıları istehsal edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 06, 2016 14:59 Asia/Baku
  • Tank və raket atan silahlar formasında çarpayılar
    Tank və raket atan silahlar formasında çarpayılar

Rusiyada bir şirkət tank və raket atan silahlar formasında uşaq çarpayıları istehsal edib.

EuroNews-un verdiyi məlumata görə, bir rus şirkətinin uşaq çarpayılarının forması barədəki son yeniliyi beynəlxalq mətbuatda bir çox reaksiyalara səbəb olub. Bu şirkət uşaqlar  üçün tank və raket atan formasında çarpayılar istehsal edir. 

Şirkətin məhsullarının arasında raket atan BUK formasında çarpayılar da müşahidə olunur. Bu isə Ukraynanın şərqində Malayziyanın təyyarəsini hədəfə alan raketdir. Qiyməti 157 avro olan bu uşaq çarpayısı " vətənin gələcək müdafiəçiləri" adlı mebel setinin detallarından biridir. Həmin setə tank və təyyarə formasında çarpayılar da daxildir.