Dünya şiələrinin 3-cü imamının şəhadəti; Hüseyn (ə) Aşurası
https://azeri.sahartv.ir/news/dünya-i239363-dünya_şiələrinin_3_cü_imamının_şəhadəti_hüseyn_(ə)_aşurası
Bu gün 10 Məhərrəm 1438-ci hicri qəməri ili, 12 oktyabr 2016-cı il İmam Hüseyn (ə) Aşurasıdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 12, 2016 06:37 Asia/Baku
  • Dünya şiələrinin 3-cü imamının şəhadəti; Hüseyn (ə) Aşurası
    Dünya şiələrinin 3-cü imamının şəhadəti; Hüseyn (ə) Aşurası

Bu gün 10 Məhərrəm 1438-ci hicri qəməri ili, 12 oktyabr 2016-cı il İmam Hüseyn (ə) Aşurasıdır.

Məhərrəm ayının 10-u dünya şiələrinin üçüncü imamı, şəhidlər sərvəri Həzrət İmam Hüseynin (ə) şəhadətinin ildönümü günüdür. İmam Hüseyn (ə) 61-ci hicri qəməri ili 57 yaşında Kərbəlada şəhid oldu. 

Həzrət İmam Hüseyn (ə) Məkkə Kərbəla yolunda Kərbəla hadisəsinin bəyanında şəhid olduğu ana qədər açıq aşkar bildiriblər ki, mənim hərəkətimdə məqsəd Yezidin islam hökumətini rüsvay etmək, əmr be məruf və nəhy əz münkəri bərpa etməkvə zülm və sitəm qarşısında müqavimət göstərməkdir. Quran-Kərimi dəstəkləmək və əsil Məhəmməd islamını qorumaqdan başqa məqsədim yoxdur. 

Bu vəzifə Allah-taala tərəfindən İmam Hüseynə (ə) tapşırılmışdı və bu vəzifəni yerinə yetirmək üçün Aşura günü günortaçağı vəfalı köməkçiləri ilə günorta namazını qıldıqdan sonra Yezid tərəfindən şəhid edildi. 

İslami İranın mömin xalqı Məhərrəm günlərində xüsusilə Tasua və Aşura günlərində məscid və hüseyniyyələrdə olaraq əzadarlıq edir. 

Mərsiyə oxumaq, sinə və zəncir vurmaq, İmam Hüseynin (ə) və Həzrət Əbülfəzlül-Abbasın (ə) şəxsiyyəti və mövqeyi barədə çıxış etmək, Aşura gecəsində İslami İran xalqının matəm mərasimlərinin önəmli proqramlarındandır. 

İran İslam Respublikası Radio və Televiziya Təşkilatı Həzrət İmam Hüseynin (ə) şəhadətinin ildönümü ilə əlaqədar bütün müsəlmanlar, xüsusilə də dünya şiələri və digər azadlıqsevərlərə başsağlığı verir.