Okt 15, 2016 12:56 Asia/Baku
  • Donald Tramp
    Donald Tramp

Meksikalılar Amerikada prezidentliyə respublikaçı namizəd Donald Tramp əleyhinə aksiya keçiriblər.

Ələrəbiyyə telekanalının verdiyi məlumata görə, Meksikanın paytaxında Donald Tramp əleyhinə aksiya keçirilib. Aksiya iştirakçıları ABŞ xalqından prezident seçkilərində Donald Trampa səs verməkdən çəkinməyi istəyiblər. Aksiya iştirakçıları həmçinin, Donald Trampın müqəvvasını dar ağacından asaraq, onun meksikalılar barədə səsləndirdiyi fikirlərə, Meksika ilə sərhədlərin beton divarlar ilə bağlanması haqda dediklərinə etiraz ediblər. 

Həmçinin, Nyu-Yorkda, Donald Trampın göydələnlərindən biri önündə onun əxlaqsız çıxışlarına etiraz olaraq aksiya keçirilib. 

Nyu-York küçələrində yerləşdirilmiş Donald Trampın kuklaları isə iqtisadi vəziyyətini proqnoz edirlər. Trampa bənzəyən bu kuklalar Trampın səsi ilə danışırlar. Bu kuklalar davamlı olaraq Nyu-Yorku qarşıda çox ağır iqtisadi durumun gözlədiyini deyirlər. Həmçinin, Nyu-Yorkda irqçiliyin artacağını bildirirlər. Bu kuklalardan biri Trampın bürclərindən birinin önündə quraşdırılıb. 

 

Teqlər