Londonda Ərdoğana qarşı aksiya
Okt 15, 2016 12:57 Asia/Baku
Londonda yaşayan iraqlılar Türkiyə səfirliyi önündə aksiya keçirərək, Ərdoğanın İraqla bağlı siyasətlərinə və Türkiyə hərbçilərinin İraqdakı iştirakına etiraz ediblər.
Əlaləm kanalının verdiyi məlumata görə, onlarla iraqlı Londonda Türkiyə səfirliyi önündə piket keçirib, Türkiyə hərbçilərinin Mosuldakı iştirakına etiraz edib.
Piket iştirakçıları əllərində İraq bayrağı və müxtəlif plakatlar tutaraq, Türkiyənin İraqla bağlı siyasətlərinə etiraz ediblər. Piket iştirakçıları həmçinin, Ərdoğan əleyhinə şüarlar səsləndiriblər.
Piket iştirakçıları Ərdoğanı qorxaq və qəddar bir insan adlandırıblar.
İraqlı etirazçılar həmçinin, İraqda milli birliyin qorunmasını istəyiblər.