İtaliyalı rəsmi NATO-nun Litva sərhədinə qüvvə yerləşdirməsini müdafiə edib
NATO baş katibinin Litvaya hərbi qüvvələrin göndərilməsinə dair məlumatından sonra İtaliya XİN başçısı NATO-nun bu qərarının NATO sərhədlərini müdafiə istiqamətində baş tutduğunu deyib.
İtaliyanın Ray Nyus telekanalının verdiyi məlumata görə, NATO-nun İtaliyanın da iştirak etdiyi alyans qüvvələrinin Litva sərhədlərinə yerləşdirilməsini bildirməsindən sonra, Rusiyanın qərb ölkələri ilə diplomatik əlaqələrinin daha da gərginləşəcəyi ehtimal olunur.
Bu məluamta görə Rusiya NATO-nu Avropada təxribatçı siyasət yeritməkdə ittiham edir. İtaliyanın XİN başçısı Paolo Centilveni də bu qərar barədə deyib: NATO-nun bu qərarı Rusiyaya qarşı hücumçu düşmənçilik siyasəti yeritmək məqsədi güdmür, NATO çərçivəsində bizim sərhədləri müdafiə və etimad yaratma siyasətinin tərkib hissəsidir.
İtaliyanın xarici işlər naziri deyib: NATO-nun son qərarının müzakirələrin istiqamətinə heç bir təsiri olmayacaq. İtaliya həmişə bildirib ki, müzakirələr təhlükə hissi keçirən müttəfiqlərimizin etimad yaradan təşəbbüsləri ilə paralel olaraq davam etdirilməlidir.