ABŞ siyasəti kasıblaşıb
-
ABŞ siyasəti kasıblaşıb
Ekonomist qəzetinin baş redaktoru deyir: Amerikada prezident seçkilərinin qalibi Hillari Klinton olsa belə, ABŞ ictimaiyyətinin böyük bir hissəsi yeni seçilmiş prezidentin yerinin zindan olduğunu düşünəcək.
Bloomberg informasiya kanalının verdiyi məlumata görə bu telekanalın aparıcısı Çarli Roz "Ekonomist" qəzetinin ilk qadın baş redaktoru Zani Minton Bedus ilə eksklüziv müsahibədə belə bir sual soruşub: "ABŞ seçkiləri Londonun baxışında necə nəzərə gəlir?"
Bedus sualın cavabında deyib: Hal hazırda həqiqi bir tele-şounun şahididir. Əlbəttə, ciddi danışmaq istəsək, ABŞ seçkiləri bizi ciddi nigaran etməyə başlayıb. Amerika siyasətinin alçaqlığı və zəlilliyi bizi heyrətə salıb və bu vəziyyətdən çox nigaranlıq. Misal üçün, namizədlərin bir-birilərinə qarşı istifadə etdikləri ədəbiyyat və danışıq tərzi, barəsində danışdıqları mövzular ABŞ siyasətinin nə qədər cılız və kasıb duruma düşdüyünü göstərir. Belə ki, hətta, adətlər belə dəyişmək üzrədir.
Bedus daha sonra deyib: Hətta, Hillari Klinton seçkilərdə qalib gələrsə və Donald Tramp məğlub olarsa belə, bunun nəticələri potensial olaraq qalıcı olacaq. Çünki, əgər açıq danışmaq istəsək, deməliyik ki, Amerika xalqının böyük bir hissəsi prezidentlərinin (Hillari Klintonun) yerinin zindan olduğunu düşünəcək. Amerikalıların çoxu, hətta azlıqda olsa belə, böyük bir hissəsi prezidentlərinin fırıldaqçı və yalançı bir adam olduğunu düşünəcək. Bu isə həqiqətən böyük bir problemdir.