Fransa polisi səlahiyyətlərinin məhdud olmasına etiraz etdi
https://azeri.sahartv.ir/news/dünya-i240593-fransa_polisi_səlahiyyətlərinin_məhdud_olmasına_etiraz_etdi
Fransa polisi səlahiyyətlərinin məhdud olmasına etiraz olaraq aksiya keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 19, 2016 10:15 Asia/Baku
  • Fransa polisi etiraz etdi
    Fransa polisi etiraz etdi

Fransa polisi səlahiyyətlərinin məhdud olmasına etiraz olaraq aksiya keçirib.

France-24 telekanalının verdiyi məlumata görə, Fransa polisi  ötən gecə Marsel və Uri şəhərində aksiya təşkil edərək, səlahiyyətlərinin məhdud olmasına və əlaqədar rəsmilərin bu məsələyə laqeyd yanaşmasına etiraz ediblər.

Bu etirazlar Parisin ətrafında polis avtomobilinə molotov kokteyli ilə edilən hücumda 4 polis əməkdaşının yaralanmasının ardınca daha da artıb. Yaralılardan ikisinin vəziyyəti ağır elan edilib.