Filippində ABŞ səfirliyi önündə aksiya polis zorakılığı ilə nəticələnib
-
Filippində ABŞ səfirliyi önündə aksiya polis zorakılığı
ABŞ hərbçilərinin Filippindəki iştirakına etiraz məqsədi ilə çərşənbə günü ABŞ səfirliyi önündə keçirilən aksiya polisin həddən artıq güc tətbiq etməsi ilə ciddi qarşıdurmaya səbəb olub. Filippin polisi paytaxt Manildə ABŞ səfirliyi önündə aksiya keçirən fəallara avtomobil ilə hücum edərək, onları əzib.
Bu hadisədə 3 nəfərin xəsarət aldığı bildirilir. Filippin polisi sayı minə çatan aksiya iştirakçılarını dağılışmağa məcbur etmək üçün su şırnaqlarından və gözyaşardıcı qazlardan istifadə edib. Bir neçə aksiy aiştirakçısı da polis zorakılığının ardınca yaşanan qarşıdurmada yaralanıb. Filippinli fəalların dediklərinə görə, polis 21 nəfəri saxlayıb. Filippin polisi həmçinin aksiya iştirakçılarına dəyənəkdən istifadə edərək, xəsarətlər yeitirib. Filippin polisi bildirib ki, bu aksiya qeyri-qanuni olub. Və bir polis maşınına hücumun edilməsi və şüşəsinin sındırılmasının ardınca polis əməkdaşları reaksiya verməyə məcbur olublar. Bu aksiya 2 il öncə ABŞ və Filippin arasında imzalanmış hərbi əməkdaşlıq müqaviləsinə etiraz olaraq keçirilib. Bu müqaviləyə əsasən ABŞ Filippinə əlavə hərbi qüvvə göndərməklə yanaşı, Filippindəki hərbi bazalara əlavə silah və hərbi təchizat yerləşdirmək icazəsi də əldə edib.