Rusiya ilə Ukrayna arasında hərbi əməkdaşlıqlar tam dayandırılıb-Təhlil
https://azeri.sahartv.ir/news/dünya-i240917-rusiya_ilə_ukrayna_arasında_hərbi_əməkdaşlıqlar_tam_dayandırılıb_təhlil
Rusiyanın müdafiə nazirinin müavini Yuri Borisov Moskva ilə Kiyev arasında hərbi əməkdaşlıqların tam dayandırıldığını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 21, 2016 14:01 Asia/Baku
  • Yuri Borisov
    Yuri Borisov

Rusiyanın müdafiə nazirinin müavini Yuri Borisov Moskva ilə Kiyev arasında hərbi əməkdaşlıqların tam dayandırıldığını bildirib.

Borisov bu gün bu xəbəri verərək deyib: Silah istehsalı sahəsində Ukrayna ilə əməkdaşlıq edən Rusiyanın hərbi komplekslərinin ehtiyacı olduğu bütün təchizatlar 2018-ci ilədək satın alınacaq və bu zavodların detallarının təmini sahəsindəki problemlər tamamilə aradan qaldırılmış olacaq. Rusiyanın yenidən Ukrayna ilə hərbi əməkdaşlıqları bərpa etməsi prezident Vladimir Putinin icazəsi ilə mümkün olacaq.Rusiyanın müdafiə nazirinin müavini deyib: Ukrayna istehsalını digər sənaye şirkətlərinin istehsalatı ilə əvəz etmək Rusiya dövlətinin gündəmindədir. 

Rusiya hərbi sənayedə lazım olan bəzi təchizatları o sıradan gəmilərin qaz turbinləri, cet mühərrikləri, təyyarə və vertolyot detalları və elektronik detallarını Ukraynadan satın alırdı. 

Krımın Rusiya ərazisinə ilhaq edilməsi və 2014-cü ildən bəri yaranan siyasi çaxnaşmaların ardınca Rusiya ilə Ukrayna arasında hərbi təchizatlar sahəsindəki əməkdaşlıqlar da dayandırılıb. Ötən həftə Ukrayna prezidenti Petro Poroşenko Rusiyaya qarşı bir tərəfli sanksiyaları gücləndirərək hərbi və sənaye sahəsində fəaliyyət göstərən əlavə 167 rus şirkətini sanksiya siyahısına daxil etdi.

Görünən odur ki, Rusiya ilə Ukrayna əlaqələrindəki çaxnaşmalı vəziyyət Kiyevin Moskvaya qarşı cəza tədbirlərinə görə yeni mərhələyə daxil olur. Əslində hərbi əlaqələrin tam kəsilməsi Moskva ilə Kiyev arasında əlaqələrin tam kəsilməsinə yol açır.

Son üç ildə Ukraynada rusiya meyilli hökumətin devrilməsi və onu qərbyönümlü hökumətin əvəz etməsindən sonra Rusiya ilə Ukrayna arasında əlaqələr gərginləşib və Ukrayna rəsmiləri dəfələrlə Moskvanı ölkənin şərqindəki iğtişaşçı qrupları silahlandırmaqda ittiham edib. Qarşı tərəf isə Kiyevi qərbə tam tabe olmaq, Rusiyadan uzaqlaşmağa çalışmaq və Avropa Birliyi və NATO-ya daha da yaxınlaşmaqda ittiham edir. Beləliklə iki ölkə əlaqələrinə düşmənçilik baxışları kölgə salmaqdadır. Xüsusi ilə ona görə ki, Kiyev rəsmiləri tərəfindən anti-Rusiya tədbirləri artır və Rusiyaya qarşı yeni hərbi sanksiyalar tətbiq olunur. Ukrayna indiyədək Rusiyaya qarşı bir neçə dəfə hərbi sanksiyalar tətbiq etmişdir. Bu sanksiyalar Rusiyanın Ukrayna istehsalı olan silah bazarına kölgə salıb və əslində bu sanksiyalardan daha çox elə Ukrayna şirkətləri zərər çəkib. Moskva ilə Kiyev arasında son 3 ildə baş verən gərginlik hər iki tərəfin siyasi, iqtisadi və ticarət sahəsində müqabil tərəfə olan təzyiqləri artırması ilə nəticələnib və bu durumun belə davam edəcəyi proqnoz edilir. Rusiya rəhbərləri bu ölkənin Ukraynadakı əsas mənafeləri təmin olunmayınca Ukraynanın şərqi barədəki öz siyasətlərinə dəyişiklik etməyəcəklərini bildiriblər. Eyni zamanda ABŞ və onun Avropadakı müttəfiqləri Kiyevdəki qərbyönlü hökuməti hər tərəfli himayə siyasətini qarşıya məqsəd qoyublar. Bu dəstək siyasi, iqtisadi və hərbi sahələri əhatə edir. Moskva isə öz mənafeyi naminə Ukraynanın şərqindəki müxalifətə dəstək verir. Beləliklə Rusiya ilə qərb dövlətləri arasında Ukraynanın şərqindəki böhran barədə hansısa razılaşma əldə olunmayınca Rusiya ilə Ukrayna arasındakı böhranın davam edəcəyini proqnozlaşdırmaq olar. Eyni zamanda Ukraynanın xarici işlər naziri Paulo Klimkin timsalında bu ölkə rəhbərləri  Rusiyaya qarşı sanksiyaların ləğv edilməsi yaxud məhdudlaşdırılmasını Minsk-2 razılaşmasının bütün bəndlərinin reallaşması ilə şərtləndirirlər.