Okt 24, 2016 10:34 Asia/Baku
  • NATO-nun Gürcüstandakı təlim düşərgəsinə silahlı hücum olub
    NATO-nun Gürcüstandakı təlim düşərgəsinə silahlı hücum olub

Gürcüstanın Müdafiə Nazirliyi iki yaraqlının NATO-nun paytaxt Tiflisin yaxınlığında yerləşən təlim düşərgəsinə qarşı hücum həyata keçirməsindən xəbər verib.

Gürcüstan Müdafiə Nazirliyi dünən verdiyi məlumatda bildirib ki, iki silahlı şəxs NATO-nun hərbi təlim düşərgəsinin mühafizəçi qüvvələrinə hücum edərək əraziyə daxil olmağa cəhd göstəriblər, ancaq hücumçuların biri güllə yarası alaraq ölüb, başqası isə qaça bilib. 

Gürcüstan Müdafiə Nazirliyi bu hücumun məqsədi və təfərrüatı barədə məlumat verməyib. 

Şimali Atlantik Alyansı NATO-nun 11 il öncə Tiflis şəhərinin yaxınlığında fəaliyyətə başlamış təlim düşərgəsi Gürcüstanın və regionun digər ölkələrinin əsgərlərinin hərbi təlimləri üçün istifadə olunur. 

Teqlər