"Tramp Amerikanı bədnam edib"
Okt 24, 2016 08:57 Asia/Baku
-
Hillari Klinton
ABŞ-da qarşıdan gələn prezident seçkilərinə Demokratlar Partiyasından namizəd Hillari Klinton deyib: Tramp Amerikanı bədnam edib.
İRİB-in verdiyi məlumata görə, Hillari Klinton Şarlotta şəhərində etdiyi çıxışında deyib: Donald Tramp Amerikanı on illər boyu bədnam edib. Onun hərəkətləri sadəcə mənə yaxud prezident Obamaya qarşı deyil, o 1983-cü ildə Nyu-York Times qəzetində prezident Reyqanı tənqid etmək üçün bir reklam yerləşdirməyə min dollar xərcləyib. Onun tənqiddən xoşu gəlir, o başqalarını söyməkdən həzz alır. O digərləri kimi deyil, o ABŞ prezidenti və Amerika silahlı qüvvələrinin baş komandanı vəzifəsinə keçməyə ləyaqəti çatmır.
Teqlər