V.Çurkin: Ukrayna Minsk razılaşmalarından yan keçir
https://azeri.sahartv.ir/news/dünya-i242000-v.Çurkin_ukrayna_minsk_razılaşmalarından_yan_keçir
Rusiyanın Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəsi deyib: Ukraynanın şərqindəki böhranın həlli istiqamətində gedən səylərdə yaranan fasilə Kiyev dövlətinin Minsk razılaşmalarından yan keçmək səylərinin nəticəsidir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 26, 2016 09:02 Asia/Baku
  • Vitali Çurkin
    Vitali Çurkin

Rusiyanın Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəsi deyib: Ukraynanın şərqindəki böhranın həlli istiqamətində gedən səylərdə yaranan fasilə Kiyev dövlətinin Minsk razılaşmalarından yan keçmək səylərinin nəticəsidir.

Sputnik informasiya agentliyinin verdiyi məlumata görə, Vitali Çurkin BMT-nin Təhlükəsizlik Şurasının iclasının kənarında müxbirlərə deyib: Kiyev dövlətinin Minsk razılaşmalarından yan keçmək cəhdləri  Ukraynanın şərqindəki böhranın həlli istiqamətində gedən səylərin dalana dirənməsinə gətirib çıxarıb. 

V.Çurkin deyib: Ukraynanın şərqindəki böhran Kiyevin Minsk razılaşmalarını əngəlləyən hərəkətlərə əl atmayacağı təqdirdə çoxdan həll oluna bilərdi.

Rusiyanın BMT-dəki nümayəndəsi BMT-nin insan haqları üzrə ali komissarının hesabatına toxunub. Həmin hesabatda Ukrayna hökuməti insan haqları sahəsində cinayətlərdə ittiham edilir. 

Ukrayna hökuməti ilə yaraqlı muxaliflər arasında toqquşmalar 2014-cü ildə başlandı. 

Ukrayna böhranının dinc yolla həlli üçün Normand qrupu bir neçə mərhələdə müzakirələr təşkid etdib, bunların ən başlıcası 2015-ci il fevralda Belarusun paytaxtı Minsk şəhərində aparılan müzakirələr idi, həmin iclasda Kiyev ilə yaraqlı müxalifət arasında atəşkəs müqaviləsi imzalandı.

Minsk sülh razılaşması Almaniya, Fransa, Rusiya və Ukrayna nümayəndələri arasında əldə olunmuşdur.