Kale düşərgəsindəki durum insanlığa sığmır
BMT-nin insan haqları üzrə ali komissarlığının sözçüsü Fransanın şimalında yerləşən Kale düşərgəsinin tamamilə qeyri-insani duruma malik olduğunu bidlrib.
Uilyam Spindler çərşənbə günü Cenevrədə bir mətbuat konfransında deyib: BMT-nin insan haqları komissarlığı hələ bir müddət öncədən Fransanın şimalındakı qanunsuz Kale düşərgəsinin vəziyyətini tənqid edərək, bu düşərgənin bağlanılmasını və mühacirlər üçün münasib sığınacağın yaradılmasını istəyib.
Fransa rəsmiləri bu düşərgənin boşaldılması əməliyyatına başlayıblar və 1900 könüllü mühaciri bu düşərgədən kənara köçürüblər. Bu gün səhər saatlarından bir qrup mühacir düşərgənin girişinə yığışaraq, onların köçürülməsi üçün nəzərdə tutulmuş avtobusların onları aparmalarını gözləyiblər.
BMT-nin didərginlər üzrə ali komissarlığı mühacirlərin təhlükəsizliyinin təmin edilməsi üçün Fransa dövlətinin xüsusi tədbirlər görməsini istəyib. Həmçinin, düşərgədə olan başsız uşaqların insan tacirlərinin ovuna çevrilməsinə icazə verməmək üçün Fransa dövləti düşərgənin bağlanması və mühacirlərin köçürülməsi zamanı xüsusi tədbirlər həyata keçirib.