Filippin prezidenti ABŞ hərbçilərinin ölkəsini tərk etmələrini istəyib
-
Filippin prezidenti Rodriqo Duterte
Filippin prezidenti ABŞ ilə imzalanmış hərbi müqavilələri ləğv etmək marağından danışaraq 2 ilədək ABŞ hərbçilərinin Filippin torpaqlarını tərk etməsini istəyib.
Rodriqo Duterte dünən etdiyi çıxışında deyib: Lazım gələrsə, Vaşinqtonla müdafiə razılaşmalarını ləğv etmək istərdim.
Filippin prezidenti deyib: Mən iki ilədək ölkəmin əcnəbi hərbçilərin istilasından qurtarmasını istəyirəm.
ABŞ vaxtı ilə Filippin ərazisində ayrı-ayrı hərbi bazalara malik idi, indi isə anti-terror əməliyyatlarında Filippin qüvvələrinə yardım etmək üçün ABŞ-ın məhdud sayda xüsusi təyinatlı qüvvələri Filippinin cənubunda və Mandanao adasında fəaliyyət göstərməkdədir.
Duterte öncə demişdi ki, amerikan qüvvələr regionda çaxnaşmalı vəziyyəti şiddətləndirdiklərinə görə, Mandanao ərazisindən çıxmalıdırlar.
Duterte siyasətləri çərçivəsində indiyədək bu ölkədə cinayətkarlığın kökünü kəsmək əməliyyatlarında 3700 nəfər həlak olub.
Filippin prezidenti həmçinin ABŞ prezidentini qınayaraq onu haramzadə adlandırmışdı.