Okt 31, 2016 12:40 Asia/Baku
  • İtaliyada zəlzələ 3 min insanı evsiz qoydu
    İtaliyada zəlzələ 3 min insanı evsiz qoydu

İtaliyanın Nurça şəhərində 200-dən çox yeraltı təkan qeydə alınıb, bu təkanların bəzisi rixter şkalası ilə 3-4 bal gücündə olub. İtaliyanın mərkəzində yerləşən Nurça şəhərində baş verən güclü zəlzələ nəticəsində 3 mindən çox sakin evini tərk etmək məcburiyyətində qalıb.

İRİB-nin Nurçaya göndərdiyi müxbirinin verdiyi məlumata görə, Nurça şəhərinin orta əsrlərə aid olan divarla əhatə olunmuş qədim hissəsində evlər və binaların çoxu dağılıb. Nurçanın yanğınsöndürmə idarəsinin rəisi hətta müxbirlərə belə həmin ərazilərdə çəkiliş etmək icazəsi vermir. 

Şəhər sakinlərindən biri İRİB-nin müxbirinə deyib: Mən ailəmlə bərabər gecələr avtomobildə yatırıq, evimiz uçdu və çətin şəraitdəyik, ancaq şəhərimizi tərk etmək istəmirik. 

Dünən Nurça şəhərində baş verən güclü zəlzələ nəticəsində təhlükəli durum yaranıb və davam edən yeraltı təkanlar nəticəsində hər an binalar dağılmaqdadır. 

Son 24 saat ərzində ərazidə 200-dən çox yeraltı təkan qeydə alınıb, onlardan bəziləri 3-4 bal gücündə olub. 

Ardıcıl yeraltı təkanlar İtaliyanın mərkəzi bölgələrində əhalini qorxuya salıb.

Avqust ayının axırlarında da bu bölgədə zəlzələ baş vermişdi, həmin zəlzələ nəticəsində 300 nəfər həyatını itirdi. 

Teqlər