Diyarbəkirdə aksiyanı yatırmaq üçün gözyaşardıcı qazdan istifadə olunub
-
Diyarbəkirdə aksiya
Türkiyə polisi Diyarbəkirdə etiraz aksiyasını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
Fransa İnformasiya Agentliyinin məlumatına görə, Türkiyənin ən böyük kürdsakinli şəhəri Diyarbəkir şəhərinin bələdiyyə sədri Gültən Kişanakın həbs olunmasına etiraz olaraq yüzlərlə nəfər aksiya keçirib.
Bu məlumata görə, Türkiyə polis qüvvələri Diyarbəkirdə etiraz aksiyasını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
HDP sədri Səlahəddin Dəmirtaş da ötən gün Diyarbəkir bələdiyyə binası yaxınlığında toplaşan təxminən 500 nəfərə xitabən demişdi ki, Türkiyə rəsmiləri bu iki bələdiyyə sədrini girov götürüblər.
O əlavə edib: Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın əksinə davranan hər bir şəxs terrorçu hesab olunur.
Rəcəb Tayyib Ərdoğan Sülh və Demokratiya və Xalqların Demokratik partiyalarını PKK-ya bağlı hesab edir.
Ötən ay Türkiyənin cənub-şərqində 24 bələdiyyə sədri PKK ilə əlaqədə olmaq ittihamı ilə vəzifələrindən kənarlaşdırılblar.
Hökumətin bu hərəkəti bu bölgənin müxtəlif şəhərlərində aksiyaların keçirilməsi ilə nəticələnib.