Con Kerri ölkəsini tənqid edib
-
Con Kerri
ABŞ dövlət katibi ölkəsində siyasi və seçki sistemi barədə deyib: ABŞ-ın daxili siyasətində pulun rolu həddindən artıq boyük və təsirlidir, bu problem həll olunmalıdır.
Con Kerri London merinin də qatıldığı ABŞ seçkilərinin əcnəbilərin Amerikaya baxışına təsiri mövzusunda gənclərin iştirakı ilə keçirilən konfransa deyib: Mənin hansısa partiya yaxud namizədi himayə etməyə iznim yoxdu amma öz vəzifəm barədə və başa düşdüklərim barədə danışa bilərəm. Deməliyəm ki bu seçkilər ölkədən kənarda imicimizə mənfi təsir göstərdi. Elə anlar olub ki həqiqətən utanmışam. Elə anlar olub ki, tanıdığım və bildiyim hər hansı qaydadan kənara çıxılıb. Mən 2004-də prezident seçkilərinə namizəd olmuşam. Debatların real və ciddi məsələlər üzərində təmərküzləməyəcəyini ağlıma gətirməzdim, görünür biz ciddi dəyişikliklərin şahidiyik. Bu bir reallıqdır ki, seçki rəqabətlərində nizam-intizam yoxdu və lazımı şəkildə həyata keçirilmir amma bunun səbəbi xalqın kifayət qədər tələb etməməsidir.
Con Kerri ABŞ-da seçki sistemi və siyasi sistem barədə deyib: Amerikanın daxili siyasətində pulun rolu böyük və təsir edicidir və bu problem həll edilməlidir.