Duterte: Amerikaya hörmət bəsləmirəm
-
Filippin prezidenti
Filippin prezidenti Amerikanı Filippinə 26 min silahın satılmasının dayandırılmasına görə tənqid edib və bu qərarı verənləri meymun və axmaq adlandırıb.
Filippin prezidenti ABŞ Dövlət Departamentinin insan haqları nigaranlıqlarına görə, Filippin milli polisinə 26 min silahın satılmasını təxirə salmasına dair məlumatlara reaksiyada bu ölkəni təhqir edib və hətta amerikalıları "meymun" adlandırıb.
Duterte deyib: Bu meymunlara baxın. Bunlar 26 min silahı bizə satmağı dayandırıblar. Haramzadələr, amerikalılar axmaqdır.
O bir daha Amerikanı Filippinin daxili məsələlərinə müdaxilə etməkdə suçlayıb və deyib: Söz müharibəsini başladan tərəf amerikalılardır.
Filippinin 50 illik işğalı ərzində amerikalıların filippinlilərlə zəncirlə bağlı it kimi davrandıqlarını xatırladaran Duterte əlavə edib: Haramzadələr! Mən çox əsəbiləşmişəm. Əvvəl onlar başladı.
Duterte deyib: Amerikaya heç bir hörmət bəsləmirəm.
O deyib: Bu mənim Amerika ilə problemimdir. Mənim onlar qarşısında bu qədər cəsarətli olmağımın səbəbi onların həyasız və alçaq olmasıdır.