Rusiyanın 3 sualtı gəmisi Suriya sahilləri istiqamətində hərəkət edir
https://azeri.sahartv.ir/news/dünya-i243461-rusiyanın_3_sualtı_gəmisi_suriya_sahilləri_istiqamətində_hərəkət_edir
Rusiyanın üç sualtı gəmisi Böyük Pyotr gəmisinin fərmanı altında olan yeddi gəmiyə qoşulmaq üçün Suriya sahillərinə doğru hərəkət edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 03, 2016 09:15 Asia/Baku
  • Rusiyanın 3 sualtı gəmisi Suriya sahilləri istiqamətind
    Rusiyanın 3 sualtı gəmisi Suriya sahilləri istiqamətind

Rusiyanın üç sualtı gəmisi Böyük Pyotr gəmisinin fərmanı altında olan yeddi gəmiyə qoşulmaq üçün Suriya sahillərinə doğru hərəkət edir.

Əl-Məyadin televiziyası bu barədə məlumat verib: Bu sualtı gəmilər Aralıq dənizi vasitəsi ilə Böyük Pyotr hərbi gəmisinin komandanlığı altında olan yeddi gəmi və Kuznetsov sualtı gəmisinə qoşulacaqlar. Krım yarımadasında Sevastopol bazasından Baltik dənizi vasitəsi ilə hərəkət edən bu sualtı gəmilər qanadlı raketlərlə təchiz olunub və Suriyada bəzi məqsədlərə zərbə vurmaq üçün istifadə olunacaqlar. Rusiyanın Suriyadakı hərbi dəniz qoşunları sualtı gəmilərlə mübarizə üzrə 2 hərbi gəmi və bir neçə xilasedici gəmilərlə təchiz olunublar. 

Rusiya gəmiləri təxminən 30 qırıcı təyyarə və hərbi helikopterə şamil olur. Şimal qüvvələrinə bağlı dairələrin açıqlamasına əsasən, beynəlxalq sularda hərbi-dəniz iştirakına zəmanət vermək məqsədilə belə təchizatları göndərməkdə Rusiyanın məqsədi, dəniz nəqliyyatının təhlükəsizliyinin təmin olunması, Rusiya Federasiyasının iqtisadi və ticarət fəaliyyətlərinin dəstəklənməsi və beynəlxalq terrorizm və dəniz quldurları ilə qarşılaşmaq kimi yeni təhlükələrlə mübarizədir. 

Rusiya bildirib: Bu ölkə tarixində ilk dəfə olaraq Dəniz Qoşunlarının qırıcıları müharibə tapşırığında iştirak edir və tapşırıqları manevrdə iştirak etmək deyil. 

Rusiya Federal Şurasının müdafiə və təhlükəsizlik komissiyası sədrinin dediyinə görə, Kuznetsov təyyarə daşıyan gəminin apardığı qırıcı təyyarələr və helikopterlər onlar üçün müəyyənləşdirilən tapşırıqlar kənarıda Suriya qüvvələrinin əməliyyatına dəstəyin artırılması istiqamətində iştirak edirlər.