Noy 03, 2016 13:22 Asia/Baku
  • Almaniya kansleri Türkiyədəki geniş həbsləri tənqid edib
    Almaniya kansleri Türkiyədəki geniş həbsləri tənqid edib

Almaniya kansleri Türkiyədəki geniş həbsləri tənqid edib və bu hərəkətlərin Türkiyənin Avropa Birliyinə qoşulması müzakirələrinə mənfi təsirindən danışıb.

Almaniya kansleri Angella Merkel İsveç prezidenti Yohan Şnayder-Ammanla birlikdə mətbuat konfransında deyib: Bu mənim və Almaniya Federativ Respublikası üçün çox nigaranedicidir ki, Türkiyədə mətbuat azadlığı dəfələrlə repressiya olunur. 

O xatırladıb: Türkiyə Cümhuriyyət qəzetinin baş redaktorunun həbs olunmasının qanunun hakimiyyəti ilə uyğun olmasına şübhə ilə yanaşıram. 

Almaniya kansleri Türkiyədə geniş həbsləri tənqid edərək deyib: Bu hərəkətlər Türkiyənin Avropa Birliyinə qoşulması müzakirələrinə mənfi təsir göstərə bilər. 

O deyib: Mənim və hökumətin fikrincə, söz və media azadlığının həddindən artıq məhdudlaşdırılması tamamilə nigaranedicidir. 

Xanım Merkel əlavə edib: Bu, baş verən hadisələrin ən son nümunəsidir və çox narahatedicidir. 

Merkelin açıqlaması ilə yanaşı qeyd edək ki, Türkiyə polisi bazar ertəsi günü 13 jurnalist və hökumətin ən böyük müxalifət qəzetlərindən hesab olunan Cümhuriyyət qəzetinin rəhbərliyindən bir neçə nəfəri həbs edib. 

Teqlər