Noy 03, 2016 16:22 Asia/Baku
  • Zəlzələ 15 min italiyalını evsiz qoydu
    Zəlzələ 15 min italiyalını evsiz qoydu

İtaliyada ardıcıl yeraltı təkanlar nəticəsində bu ölkənin minlərlə vətəndaşının başı üzərində tavanı yoxdur və dağılmış və təhlükəli evlərini tərk etməyə məcbur olub.

Ötən bir həftə ərzində İtaliyanın mərkəzi hissələrində 4 güclü zəlzələ və 2 min yeraltı təkanın baş verməsi azı 80 kənd və kiçik şəhəri dağıdıb.

Zəlzələdən zərərçəkənlərdən biri Romada İRİB müxbirinə deyib: Çətin şəraitdəyik. Mənim 91 yaşım var və yardım çox ləng həyata keçirilir. Zəlzələ o qədər güclü idi ki, hətta kəndimizin ətrafındakı dağlarda çatlar yaranıb. Ötən bazar günü rixtr şkalası üzrə 6,5 bal gücündə zəlzələ tarixi Nurça şəhərinin əsas hissəsini dağıdıb.

Bu zəlzələ İtaliyada ötən 40 ildə ən böyük zəlzələ olmuşdur. Bu şəhərin min il keçmişi olan bəzi tarixi binaları zəlzələ nəticəsində tamamilə dağılıb.

İtaliya baş naziri zəlzələ baş verən bölgələrin bərpası barəsində bildirib: Bu iş zamana ehtiyaclıdır və bizim cadugər əsamız yoxdur!

İtaliya baş naziri Meteo Rentsi deyib: Zaman lazımdır. Amma onu yerinə yetirəcəyik. Zaman lazımdır və heç kim cadugər əsasının olduğunu düşünə blməz. Məsələləri ciddiyə almalıyıq və onu yerinə yetirəcəyik. Biz işləri qanunların icrasını sürətləndirməyə əsasən yerinə yetirəcəyik. Buna görə, proqnoz olunduğundan daha sürətlə irəliləyəcəyik. Amma hər halda çoxlu zaman lazımdır.

Qeyd edək ki, İtaliya baş naziri ötən bir neçə gündə bu ölkədə rixtr şkalası üzrə 6,5 bal gücündə zəlzələnin baş verməsi barəsində demişdi: Zəlzələ ilə bağlı xərclər üçün vəsait nəzərdə tutulub. Bu vəsait 2017-ci il üçün 3 milyard avrodur. 2018-də 5 ya 6 milyard dollara artırıla bilər.

Teqlər