Rusiyanın Londonkakı səfirliyi önündə kəsik müqəvva əllər
https://azeri.sahartv.ir/news/dünya-i243761-rusiyanın_londonkakı_səfirliyi_önündə_kəsik_müqəvva_əllər
Rusiya Britaniyanın Xarici İşlər Nazirliyinə ünvanladığı məktubda bu ölkə polisinin Londonda Rusiya səfirliyinə qarşı təhrikamiz hərəkətlərə etinasızlığından nigaran qaldığını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 05, 2016 09:20 Asia/Baku
  • Rusiyanın Londonkakı səfirliyi önündə kəsik müqəvva əllər
    Rusiyanın Londonkakı səfirliyi önündə kəsik müqəvva əllər

Rusiya Britaniyanın Xarici İşlər Nazirliyinə ünvanladığı məktubda bu ölkə polisinin Londonda Rusiya səfirliyinə qarşı təhrikamiz hərəkətlərə etinasızlığından nigaran qaldığını bildirib.

Rusiyanın Londondakı səfirliyi polisin Rusiya səfirliyi qarşısında təhrikamiz hərəkətlərə eləcə də rus diplomatlarının təhlükəsizliyinin təmin edilməsinə etinasızlığına etirazını bildirib. 

Məktubda Rusiyanın Suriya siyasətinin müxalifləri tərəfindən səfirliyin önünə 800 ədəd müqəvva adamların kəsik əllərinin atılmasına işarə olunub. 

Rusiyanın Londondakı səfirliyi bildirib ki, kəsik müqəvva işçilərin və müraciət edən insanların səfirliyə daxil olmalarını əngəlləyir və London polisi də tam etinasızlıqla seyirici mövqedə durur.

Buna reaksiya əlaməti olaraq Britaniyanın Moskva səfirliyinə də qanlı mankən detalları tullanıb.