Cənubi Koreya xalqı prezidenti istefaya çağırdı
-
Cənubi Koreya xalqı prezidenti istefaya çağırdı
On minlərlə koreyalı bu gün paytaxt Seulda küçələrə axışaraq, bu ölkə prezidenti Park Quin Hey-i istefaya çağırıb.
Fars Xəbər Agentliyinin verdiyi məlumata görə, bu aksiya Cənubi Koreya prezidenti Park Quin Heyin, yaxın dostu tərəfindən dövlət sirrinin ifşa edilməsinə görə, xalqdan üzr istəməsindən bir gün sonra keçirilib.
Bu rüsvayçılığın ardınca Cənubi Koreyanın baş naziri, 2 nazir, prezidentin 10 müşaviri və Prezident Administrasiyası işçilərinin rəisi öz vəzifələrindən istefa verib və ya kənarlaşdırılıb.
Aksiya iştirakçıları öz şüarlarında Park Quin Hey barədə "Xain" və "Cinayətkar" ifadələrindən istifadə ediblər.
Cənubi Koreya prezidentinin bu siyasi rüsvayçılığı ölkədə geniş etiraz dalğasına yol açıb.
Bu, ötən bir ildə Cənubi Koreyada hökumət əleyhinə ən iri etiraz aksiyası sayılır.