Hillari bəraət qazandı, Tramp etiraz etdi
-
Hillari bəraət qazandı, Tramp etiraz etdi
Donald Tramp rəqibi Hillari Klintonun bəraət edilməsi üzrə FBİ-ın rəftarını tənqid edib və 650 000 elektron məktubun 8 gün ərzində araşdırılmasını imkansız adlandırıb.
FBİ-ın araşdırmalar bölməsinin müdiri Ceyms Komi bazar günü bazar günü ABŞ Konqresinə ünvanladığı məktubda dövlət katibinin müavinlərindən birinə aid olan kompüterdəki elektron məktubların araşdırılmasından əldə edilən nəticənin Hillari Klintonun məsuliyyətə cəlb edilməməsi ilə bağlı qərara dəyişiklik etmədiyini bildirib.
FBİ ABŞ Konqresinin keçmiş üzvü Antoni Vinerin diz üstü kompüterində 650 000-ə yaxın elektron məktub aşkar etmişdi.
Komi Konqresə ünvanladığı məktubda Klintonla bağlı yeni əldə edilə elektron məktubların araşdırılması zamanı, Hillarini bu məktublara görə istintaqa cəlb edə biləcək hər hansı bir faktın aşkar edilmədiyini bildirib.
Hillari Klintonun mətbuat katibi bu məktuba reaksiya olaraq bildirib: Biz heç bir şeyin FBİ-ın iyul ayındakı qərarını dəyişməsinə təsir edə bilməyəcəyindən əmin idik. Və indi FBİ başqanı bunu təsdiq etmiş oldu.
Donald Tramp isə Miçiqanda bir toplantı zamanı deyib: FBİ-ın 650 000 elektron məktubu belə bir qısa zaman ərzində analiz etməsi imkansızdır. Bu məktubların araşdırılması həftələrlə zamana ehtiyaclıdır.
Tramp daha sonra xalqı çərşənbə axşamı prezident seçkiləri zamanı Hillari Klintonu himayə üzrə yaradılmış quruluşa son verməsini istədi. Onun dediyinə görə, xalqın iş yerlərini itirməsinə və sərvətinin oğurlanaraq, ölkədən çıxarılmasına səbəb olan da elə bu quruluşdur.