Nyu-Yorkun keçmiş meri: Ağ Evin sifonu çəkilməlidir
https://azeri.sahartv.ir/news/dünya-i244277-nyu_yorkun_keçmiş_meri_ağ_evin_sifonu_çəkilməlidir
Nyu-Yorkun keçmiş bələdiyyə sədri ABŞ-ın keçmiş dövlət katibini qanunu bilərəkdən pozmaqda ittiham edərək dolayısı ilə Amerikada siyasi quruluşun durumunu pisləyib və deyib: Ağ Evin sifonunu çəkmək lazımdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 07, 2016 13:15 Asia/Baku
  • Rodi Culyani
    Rodi Culyani

Nyu-Yorkun keçmiş bələdiyyə sədri ABŞ-ın keçmiş dövlət katibini qanunu bilərəkdən pozmaqda ittiham edərək dolayısı ilə Amerikada siyasi quruluşun durumunu pisləyib və deyib: Ağ Evin sifonunu çəkmək lazımdır.

Fox News-un verdiyi məlumata görə, Amerikada tanınmış mühafikar simalardan olan Rodi Culyani deyib: ABŞ-ın Federal Təhqiqat Bürosunun demokratların prezidentliyə namizədi Hillari Klintonun elektron məktubları barədəki araşdırmaları maraqlı nəticələr ortaya qoyub. Bu araşdırmaların nəticələri elə bir şəraitdə elan edilir ki, Hillari Klintonun qanunları pozduğuna dəlalət edən bir çox faktlar mövcuddur. Viki Liksin də yaydığı sənədlər göstərir ki, Hillari Klinton son dərəcə gizli olan məlumatları ötürmək üçün davamlı şəkildə bu kimi metodlardan istifadə edirmiş. Klintonun bu kimi təşəbbüslərini səriştəsizlik yaxud səhlənkarlıq hesab etmək olmaz, bunlar bilərəkdən edilən hərəkətlər olmuşdur. 

Klintonun müavinlərindən olan Con Padestanın elektron məktubları da açıq-aşkar şəkildə bu faktı təsdiqləyir. ABŞ xalqı tələbkar olmalıdır və Ağ evin sifonunu çəkəcək birisinə səs verməlidir.